Türkiyə parlamentinin müstəqil deputatı, Fətullah Gülənin tərəfdarlarından olan İdris Bal yeni partiyanın yaradılması yönündə hazırlıq işlərinin başa çatdığını bildirib.
Musavat.com-un xəbərinə görə, bu barədə Türkiyənin “Oda Tv” televiziyasının saytı məlumat yayıb.
Balın sözlərinə görə, partiyanın təsisçiləri Daxili İşlər Nazirliyinə imzalı müraciət yollayıblar. Noyabrın 6-da isə yeni partiyanın proqramı və loqotipi ictimaiyyətə təqdim olunacaq.
Təzə siyasi təşkilat Demokratik İnkişaf Partiyası (DİP) adlanacaq.
Xatırladaq ki, İdris Bal 17 dekabr “Böyük rüşvət” əməliyyatından sonra bir neçə başqa gülənçi ilə birgə hakim AKP-dən çıxmışdılar.
Sorğu
Yeni dizaynımız necədir?