İranda korrupsiya iddiaları ilə edam cəzasına məhkum edilən azərbaycanlı iş adamı Babək Zəncaninin mənimsədiyi pulları geri vermədən qərarın tətbiq olunmayacağı bildirilib. Xəbərə görə, məşhur iş adamının nə zaman edam ediləcəyinə dair mətbuat mənsublarının suallarını cavablandıran İran baş prokuroru Məhəmməd Cəfər Muntəziri edam hökümünün qəti olduğunu deyib. “Zəncani haqqında verilən hökm qətidir. Ancaq oğurladığı və böyük qismi xaricdə saxlanılan pullar geri gəlmədən qərar icra olunmayacaq” deyə iranlı qeyd edib. Xatırladaq ki, 2013-cü ilin dekabrında həbs olunan Zəncani korrupsiya və sənədləri saxtalaşdırmaqla, dövlətin 2,8 milyard dollar pulunu oğurlamaqda ittiham olunur. Zəncaninin İrandakı əmlakları müsadirə olunub satışa çıxarılsa da, iş adamının İran daxilindəki əmlakının borcunu ödəməyə çatmadığı deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?