İranlı iş adamı, əslən azərbaycanlı olan Babək Zəncani İranın Neft Nazirliyinin hesabına 2.6 milyard evro köçürüb. İnterAz-ın verdiyi xəbərə görə bu barədə İran parlamentinin komitə sədri Məhəmməd Əli Purmuxtar Fars agentliyinə musahibəsində bildirib. Deputatın sözlərinə görə Babək Zəncaninin Neft Nazirliyinə borcu olub və bu borcu şənbə günü ödəyib. Xatırladaqki, Babək Zəncani 1971-ci ildə anadan olub. Əslən qədim Azərbaycan şəhəri Zəncandandır. Hərbi xidmət zamanı İran mərkəzi bankında sürücü vəzifəsində işləyib. Bu illər ərzində bank rəisinin etimadını qazanıb və valyuta bazarının təmin edilməsində iştirak etməyə başlayıb. Sonradan 70-dən artıq şirkət quraraq, İranın neft satışından əldə etdiyi valyutanı qeyri-leqal yollarla, ABŞ və Avropa İttifaqı sanksiyalarına rəğmən ölkəyə gətirə bilib. Bu illər ərzində Babək Zəncani Malaziyada “First Islamic Investment Banking”, Tacikistanda “Arzesh Banking”, Dubayda bir neçə maliyyə institutnun sahibi olub. Onun İran iqtisadiyyatına etdiyi kömək o qədər önəmli olub ki, ABŞ və “Avropa İttifaqı” qəbul etdikləri bir neçə qətnamədə məhz onun adını qeyd ediblər və onun bir sıra hesabları bağlanılıb. Yeri gəlmişkən bir sıra xeyriyyə işlərində xidmət göstərən Babək Zəncani İran futboluna da ciddi sərmayələr qoyub. O Tehranın “Rah-Ahən” futbol komandasının sahibidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?