GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İsveçli qadın rəsmilərin də İranda başlarını bağlaması...

İsveçli qadın rəsmilərin də İranda başlarını bağlaması...

Tarix: 17-02-2017, 00:13 Bölmə :Dünya Baxış: 452
İsveçli qadın rəsmilərin də İranda başlarını bağlaması...

Londonda yerləşən beynəlxalq "İnsan Təhlükəsizliyi Mərkəzi"nin icraçı direktoru Julie Lenarz İsveçin qadın deputatlarının İranda mövcud qaydalara əməl edərək başlarını bağlamasına reaksiya verib.
Onun "International Business Times"da dərc edilmiş yazısında deyilir:
"Ötən həftəsonu İsveçin baş naziri Stefan Löfven parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə birlikdə İranda rəsmi səfərdə olub. Nümayəndə heyətinin 15 üzvündən 11-i qadın olub. Bu, qadın hüquqlarının sərt şəkildə məhdudlaşdırıldığı ölkədə qadının cəmiyyətdə oynaya biləcəyi müsbət rolu nümayiş etdirmək üçün gözəl imkan ola bilərdi.
Ancaq sıxışdırılan bacıları ilə həmrəylik nümayiş etdirmək əvəzinə (feministlərdənsə məhz bunu gözləyirdilər) özünü İsveçin "dünyada ilk feminist hökuməti"nin üzvləri adlandıranlar onillərlə İran qadınlarının əzilmə rəmzinə çevrilmiş məcburi hicab qaydasına əməl edib".

“Tiranı devirin!” deyənlərin duyğusu...

Ayətullah Khomeini hakimiyyətə gələndən sonra minlərlə İran qadını küçələrə axışaraq istədiklərini geymək kimi təməl hüquqlarının əllərindən alınmasına etirazını bildirib və "Tiranı devirin!" şüarını səsləndiriblər.
Ardınca cəsarətli İran qadınları öz ləyaqətlərini geri qaytarmaq naminə, onları itaətə məcbur edən faşist elitaya dirəniş göstərərək, həyatlarını riskə atıblar.
İndi, İsveçin hər bir hüquqa sahib, azad və uğurlu qadın deputatları zalımların tələbinə əməl etməyi seçəndə, bu qadınların hansı hissləri keçirdiyini təsəvvür etmək çətin deyil.
“Avropanın qadın siyasətçiləri riyakardırlar”

Cavabı iranlı fəal Masiah Alinejad-ın İran qadınlarını hicabsız şəkillərini çəkməyə dəvət edən kampaniyasında da axtara bilərsiniz.
"Avropanın qadın siyasətçiləri riyakardırlar. Onlar Fransanın müsəlman qadınlarını dəstəkləyir, burkini qadağasını qınayırlar. Çünki məcburiyyətin pis şey olduğuna inanırlar. Ancaq bunlar İranda baş verəndə, onları ancaq pul düşündürür", - Alinejad deyir.
"İranlı fəal haqlıdır. İsveçin qadın deputatlarının İran prezidenti Hassan Rouhani-nin qarşısından keçməsini görmək xoş mənzərə deyil. Bu, feminizmin ruhuna xəyanətin təcəssümüdür. Bu, Stokholmun "gender bərabərliyi yanaşmasının, həm milli, həm də beynəlxalq səviyyədə geniş siyasətə gətirmək" vədini ələ salmaqdır.
Sayğı bəhanəsinin arxasında gizlənənlər

İranda dini polis küçələrdə qadınları düzgün hicab taxmadıqlarına görə təhqir edir. Qadınlar ataları və ərlərinin icazəsi olmadan ölkəni tərk edə bilmirlər. Onların idman stadionlarına daxil olması qadağandır. Haqqında zorlama və ya zina şikayəti daxil olan qadını ya həbs, ya da ölüm gözləyir. Bu siyahı çox uzundur.
Ancaq İsveçin qadın deputatları onların çəkdiyi bu zilləti vurğulamaq əvəzinə, İslam Respublikası ilə bir neçə müqaviləni imzalayıb gülümsəyirlər. Özləri də, sadəcə, ölkənin qaydalarına sayğı bəhanəsinin arxasında gizlənirlər.
Onlar bununla, əslində, əsarət mədəniyyətinə tabe olurlar. Sanki qara adamlar qadına ayrıseçkilik edəndə, standartlar aşağı salınmalıdır və sanki dərisinin rəngi fərqli insanlara, ümumiyyətlə, başqa meyarlarla yanaşılmalıdır. Sanki nə qədər olmasa, bu, onların mədəniyyətidir və onu sorğulamasaq yaxşıdır. Bir də... bu, biznesə ziyandır.
Dolaşıq düşüncə tərzi?

İranda və başqa yerlərdə qadınların ürəyi istədiyini geymək kimi təməl hüququnun əllərindən alınmasının görməzdən gəlindiyi, Qərb feministlərinin hicabı ictimaiyyətə qadın gücünün rəmzi kimi satmağa çalışdığı mühitə yol açan da məhz bu dolaşıq düşüncə tərzidir.
Əlbəttə, hicab taxmaq milyonlarla müsəlman qadının öz könüllü seçimidir və bu seçimə hörmətlə yanaşılmalıdır. Ancaq qadını totalitar teokratik qrup və rejimlər dini geyimdə gəzməyə məcbur edirsə, onda necə? O halda hicab qadınlara “öz yerini” göstərmək, onların ikinci dərəcəli vətəndaş olduqlarını nümayiş etdirmək, onları cəmiyyətdən təcrid etmək, ləyaqətsizləşdirmək üçün istifadə olunan əsarət vasitəsidir".
Özünü feminist adlandıranlar...

Özünü feminist və sosial ədalət uğrunda mübariz adlandıran insanlar zalımların tərəfini saxladığı, qadınlara qarşı cinayətlərin kökünü kəsməkdən boyun qaçırdığı an mürtəceləşir. Onlar müsəlman aləminin ən önəmli insanlarına - cəmiyyətlərini daha inklüziv, daha bərabər və hər şeydən öncə, daha humanist etmək adına həyatlarını riskə atan siyasi fəallara, jurnalistlərə, insan hüquqları mübarizlərinə xəyanət etmiş olurlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nataşalar fars-molla rejiminə qarşı

    Nataşalar fars-molla rejiminə qarşı ...

    26-12-2012, 12:57

  • 
  • İranda tibb bacıları etiraza qalxdı

    İranda tibb bacıları etiraza qalxdı ...

    29-10-2014, 21:31

  • 
  • Prezident İlham Əliyev İranda rəsmi səfərdədir

    Prezident İlham Əliyev İranda rəsmi səfərdədir ...

    23-02-2016, 12:59

  • 
  • İranda şəhərli qadınların 10 faizi narkomandır

    İranda şəhərli qadınların 10 faizi narkomandır ...

    25-01-2014, 16:36

  • 
  • Bu ölkədə qadın və kişi əsgərlər bir otaqda yatır – Gözəl ordudan Fotolar

    Bu ölkədə qadın və kişi əsgərlər bir otaqda yatır ...

    20-11-2014, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu