gundemxeber.az İranda işləyən rusiyalı qadınlar İran rejiminə etiraz ediblər. Türkiyə mediası xəbər verir ki, İranın Buşəhr nüvə stansiyasında işləyən rus qadın texniklər hicab bağlamaqdan imtina ediblər. Rus qadınlar işə başlayarkən hicab geyinməyə razı olduqlarını bildirsələr də, sonradan bu cür qanunlara etirazlarını bildiriblər. Qadınlar bildiriblər ki, başlarını örtdüklərinə görə İran höküməti onlara əlavə pul ödəsə də, bu tələblər onların hüquqlarını pozur. Qeyd edək ki, İran qanununa görə irqindən, milliyətindən asılı olmayaraq ölkə daxilində olan hər bir qadın hicab örtməlidir. Lakin bu qanunu pozan rus qadınlara heç bir cəza verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?