Pakistanın cənubunda yerləşən Sind əyalətində törədilmiş terror aktı nəticəsində azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
“BBC”-nin verdiyi xəbərə görə, terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?