Dünən axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.
Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.
Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülüb.
Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
CNN-nin verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?