ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Suriyanın Rakka şəhərində İŞİD terrorçularına qarşı birgə vuruşmaq təklifini cavablandırıb. “RİA Novosti” xəbər verir ki, Devis bununla bağlı deyib: “Biz Rusiya ilə birlikdə münaqişəli vəziyyətlərin aradan qaldırılması üzrə normal əməkdaşlıq edirik. Danışıb əmin ola bilərik ki, hava əməliyyatlarımız bir-birinə mane olmur. Hələlik daha geniş əməkdaşlığa can atmırıq”. Bundan öncə Sergey Şoyqu iki ölkəyə terrorçuluqla mübarizədə səylərini birləşdirməyə heç nəyin mane olmadığını bildirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?