Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməkdə şübhəli bilinən daha 2 əsgər Yunanıstandan siyasi sığınacaq istəyib. Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb. Həmin əsgərlərin bir neçə gündür ölkənin cənubundakı Dedeağac şəhərində qaldığı bildirilib: “Hərbçilər qeyri-qanuni yollarla Evros üzərindən ölkəyə daxil olaraq, Kumçiftliyi polis şöbəsinə gətirilib. Həmin şəxslər vəkil vasitəsilə Dedeağaç məhkəməsinə müraciət edərək ölkədən siyasi sığınacaq tələb ediblər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?