Sabiq Iqtisadi Inkişaf naziri Fərhad Əliyevin Böyük Britaniya krallığından siyasi sığınacaq alması məsələsinə qardaşı Əlövsət Əliyev reaksiya verib.
Sabiq nazirin qardaşının bununla bağlı AzNews.az-a açıqlaması kifayət qədər sərt olub:
“Məndən niyə soruşursunuz, gedin onu Fərhad Əliyevdən soruşun”. Fərhad Əliyev İngiltərədə mülk sahibidir və onu İngiltərədəki əmlakının qiyməti bir milyondan artıq civardadır. Bundan başqa F. Əliyevin oğlu da bu ölkədə ali təhsil alır. Belə olan halda isə, onun siyasi sığınacaq almadan da həmin ölkədə yaşamaq hüququ var.
Bununla bağlı fikirlərini öyrəndiyimiz Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də Britaniya qanunlarının Fərhad Əliyev kimi şəxslərin orada sığınacaq olmadan da yaşamasına imkan verir:
“Mən Fərhad Əliyevin həmin ölkədə hansı mülklərinin olması barədə dəqiq bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür. Yəni Fərhad Əliyevin Londonda yaşamaq üçün imkanı olduğu təqdirdə, əlavə olaraq siyasi sığınacaq almasına dair şərhlər inandırıcı görünmür”.
Xatırladaq ki, “Yeni Müsavat” qəzeti sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsdən çıxdıqdan sonra İngiltərədən siyasi sığınacaq aldığına dair xəbər yayıb. Qeyd edək ki, Fərhad Əliyev və qardaşı “Azpetrol” şirkətinin prezidenti Rafiq Əliyev 2013-cü ilin oktyabrın 14-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?