Bu gün İspaniyanın 30 şəhərində qaçqınlara dəstək aksiyaları keçirilib.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, 70 təşkilatın təşkilatçısı olduğu mitinqlərdə Avropa ölkələrində qaçqınlar üçün “real və humanitar qəbul” tələb edilib.
Aksiyalarda İspaniya hökumətindən miqrantları müvəqqəti saxlama mərkəzlərini bağlamaq da tələb olunub. İctimai fəallar hesab edirlər ki, Avropa İttifaqı rəhbərliyi yeni miqrasiya və sığınacaq verilməsi siyasəti həyata keçirməli, insanların hüquqları, xüsusən qadın və uşaqlar zorakılıqdan qorunmalıdır. Aksiyalarda Aralıq dənizində xilasetmə əməliyyatlarının effektivliyinin artırılması da tələb olunub. Avropa İttifaqı və Türkiyə arasında miqrantlarla bağlı sazişə qarşı çıxan aksiya iştirakçıları Avropa ölkələrini Avropa Komissiyasının qaçqınların qəbulu ilə bağlı kvotaları yerinə yetirməyə çağırıblar.
Sorğu
Yeni dizaynımız necədir?