Xəbər verdiyimiz kimi, iyulun 17-də Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Misirə səfər edib.
Misirdə yerli rəsmilərlə keçirdiyi görüşlərdə Aİ nümayəndəsi həbsdə saxlanılan prezident Məhəmməd Mursinin sərbəst buraxılmasının vacibliyini vurğulayıb.
Misir səfərində “Müsəlman qardaşlar”ı hərəkatını təmsil edən keçmiş nazirlərdən bəziləri ilə görüşən K.Eşton Məhəmməd Mursi ilə görüşmək istəsə də, bu, mümkün olmayıb. Müvəqqəti hökumət rəsmiləri Mursinin saxlanma şəraitinin yaxşı olduğunu bildirməklə kifayətləniblər.
“Müsəlman qardaşlar”ı Hərəkatının liderlərindən olan Amr Darraq isə bildirib ki, Avropa Birliyi Misirdə siyasi böhranla bağlı hər hansı həll variantı təklif etməyib. Əlavə edib ki, hazırda hərəkat əsas diqqəti küçə aksiyalarını davam etdirməyə, hərbi çevrilişin qanunsuz olduğu ilə bağlı ictimai rəyi formalaşdırmağa yönəldib.
Maraqlıdır ki, məhz elə həmin saatlarda Aİ Misirin yeni hökumətini təbrik edib. Yəni onu tanıyıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?