Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək.
"Jakarta Post" qəzetinin verdiyi xəbərə görə, kral səfərə 459 ton ağırlığında baqaj ilə çıxacaq.
Qəzet yazır ki, 63 tonluq baqaj Cakartaya çatdırılacaq, qalan 396 min ton isə Baliyə gedəcək. İndi kralın iki "Mercedes-Benz S600" avtomobili Bali adasında sahibini gözləyir. Baqaj yükünə həmçinin iki elektrik lifti də daxildir. Krala xidmət göstərməsi üçün Cakartada 178, Balidə isə 394 işçi ayrılacaq.
Sorğu
Yeni dizaynımız necədir?