Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5.5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bundan sonra 4.2, 3.8 və 4.4 bal gücündə ardıcıl yeraltı təkanlar olub.
Zəlzələ Qaziantep, Batman, Şanlıurfa və Kahramanmaraş vilayətlərində də hiss edilib. Adıyaman vilayətində baş vermiş zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.
Bunu Adıyaman valisi Abdulla Erin deyib. Yeraltı təkanlar nəticəsində bir çox tikililərdə çatlar əmələ gəlib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?