Türkiyə xilasediciləri Suriya Hərbi Hava Qüvvələrinin müxaliflər tərəfindən İdlib bölgəsi üzərində vurulan və Türkiyənin Hatay vilayətinin ərazisinə düşən təyyarəsinin pilotunu xilas edə biliblər. Təyyarə vurulandan sonra katapult edən pilot Hatay bölgəsində yaralı tapılıb. Onu əvvəlcə jandarmeriyaya, daha sonra xəstəxanaya aparıblar. Pilotun adı hələ açıqlanmır. Xilasedicilər MiG-23 təyyarəsinin qalıqlarını da tapıblar. “Əhrar-əş-Şam” qruplaşması bildirir ki, təyyarəni onlar vurublar. Yeni əldə etdiyimiz məlumata görə, Türkiyənin Hatay bölgəsində vurulan Suriya təyyarəsinin pilotu ilk açıqlama verib. Adının Məmməd Sufhan olduğunu deyən pilot təyyarənin Lazkiyə şəhərindən havaya qalxdıqdan sonra vurulduğunu bildirib. 56 yaşlı pilotun fəqərə sümüyündə sınıq, ayaqları və üzündə yaraların olduğu barədə məlumat verilib. Pilotun paraşütlə yerə düşdükdən sonra təxminən 500 metr piyada getdiyi bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?