"gundemxeber.az" radikal.com.tr saytına istinadən xəbər verir ki, saat 13.00 radələrində Suriya təyyarəsi Türkiyə sərhədləri yaxınlığında vurulub. Türkiyə Silahlı Qüvvələri xəbəri təsdiqləyib. TSK təyyarənin sərhədi keçdiyi üçün vurulduqlarını bildirib. Suriya tərəfi təyyarənin Türkiyə tərəfindən vurulması xəbərinin yalan olduğunu, pilotun paraşutla tullanaraq canını qurtardığını bildiriblər. Türkiyə baş naziri R.T.Ərdoğan sərhəddə vurulan Suriya təyyarəsi ilə bağlı açıqlama verdi: "Əgər sən mənim sərhəddimi pozsan, bundan sonra bizim zərbələrimiz ağır olacaq. Başda mən olmaqla silahlı qüvvələrimiz hər zaman belə sərhəd pozuntusuna hazırdır. Pilotlarımızı təbrik edirəm" Son məlumata görə, Suriya Dövlət Televiziyasına danışan səlahiyyətli şəxslər, təyyarənin Lazkiyə yaxınlığında silahlı qruplaşmaları izləyərkən TSK tərəfindən vurulduğunu bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?