İsrailin baş naziri Binyamin Netanyahu ölkəsində küçə və prospektlərə Fələstinin keçmiş prezidenti Yasir Arafatın adının verilməsinə qarşı çıxacağını bildirib.
Netanyahu "İsrailliləri öldürənlərin isimlərinin ölkəmizdə əbədiləşdirilməsinə izin verməyəcəm", deyə yazılı şəkildə bəyan edib.
Qeyd edək ki, İsrailin şimalındakı Hayfa şəhərinin Cett qəsəbəsindəki prospektə "Yasir Arafat" adının verilməsinə etiraz olaraq hərbçilər ölkə rəhbərliyinə müraciət edib.
İsrailin daxili işlər naziri Aryeh Deri Cett Bələdiyyəsinə ünvanladığı tələbnamədə "Yasir Arafat" adının 48 saat ərzində prospektdən yığışdırılmasını tələb edib.
Ərəblərin çoxğluuq təşkil etdiyi Cetdə 2008-ci ildə bələdiyyə başqanının təşəbbüsü ilə küçə və məhəllələrə ərəb liderlərinin adları verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?