Martın 12-də Avropa şəhərlərində yenicə həbs olubmuş azərbaycanlı bloqqer Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələbilə aksiyalar keçirilib.
Bu barədə Müsavat Avropa Koordinasiya Mərkəzi məlumat yayıb. Düseldorfda və Stokholmda eyni vaxta keçirilən aksiyalar azərbaycanlılar tərəfindən idarə olunan internet televiziyalarından canlı yayımlanıb. Aksiyalarda jurnalist Mehman Hüseynovun dərhal azadlığa buraxılması, Azərbaycanda baş verən siyasi həbslərə, jurnalist və bloqqerlərə qarşı hakimiyyətin apardığı radikal addımlarına son verilməsi tələb olunub. Müsavat başqanı Arif Hacılı Müsavat AKM-in aksiyalarının Azərbaycanda siyasi məhbus probleminin ictimaiyyətə çatdırılma yolunda ciddi bir addım olduğunu bildirib, aksiyaların təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb. AKM bu il fevralın 18-də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkilində iştirak etmiş mühacir müsavatçıların Azərbaycandakı yaxınlarının polisdə çək-çevir edildiyi bildirilirdi. Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğa çağırılmış, onların ifadələri alınmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?