Braziliyanın şəhərlərində bir neçə min adam pensiya islahatlarının əleyhinə keçirilən nümayişlərdə iştirak edib.
gundemxeber.az BBC-yə istinadən xəbər verir ki, etirazçılar paytaxt Maliyyə Nazirliyinin binasını ələ keçirib. Yüzlərlə insan bir neçə saat Maliyyə Nazirliyinin binasında olub. San Pauluda hökumətin pensiya planlarından narazı olanlar yol hərəkətini bağlayıb. Qeyd edək ki, Braziliya hökuməti pensiya yaşı həddini yüksəltmək və bəzi kateqoriyadan olan vətəndaşlar üçün güzəştləri götürməyi planlaşdırır. Bu qərar ölkədə kütləvi etirazlara səbəb olub. Çünki hazırda əhalinin böyük qismi artıq 54 yaşında təqaüdə çıxmağa bel bağlayır.
Sorğu
Yeni dizaynımız necədir?