“3 milyon nəfərlik yeni bir köç dalğası İrandan Türkiyəyə doğru hərəkət istiqamətindədir”. Bunu Türkiyənin baş nazir köməkçisi Veysi Qaynaq deyib. O, yeni qaçqın dalğası ilə əlaqədar xəbərdarlıq edib: “İrandan aldığımız məlumatlara görə, təxminən 3 milyon icazəsiz qaçqın var. Onlar Türkiyəyə doğru hərəkət edirlər. Təəssüf ki, onların çoxu əfqandır və İranın şərqindədir. Belə bir narahatlığımız da var. Sanki Türkiyəyə doğru köçlərə İran dövləti köməkçi olmasa da, göz yumur. 2016-cı ildə İğdır və Ağrı vilayətlərimizdən sərhədi icazəsiz keçid etmək istəyən tam 30 min qaçqına qarşı əməliyyat keçirdik. Bu davam edir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?