Etrazçılar siyasi məhbus kimi tanınan şəxslərin azadlığını tələb ediblər Martın 22-də Kanadada oxuyan bir neçə azərbaycanlı tələbə Ottava şəhərindəki Azərbaycan səfirliyinin önündə aksiya keçirib. Onlar əfv sərəncamının şamil olunmadığı İlqar Məmmədov, Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə və digərlərinin azad olunmasını tələb ediblər.
Bu barədə tələbələrin özləri məlumat yayıb. Onların sözlərinə görə, aksiyanın sonunda beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin fotolarından hazırlanmış posterləri səfirliyin önünə yerləşdiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?