Bu gün bir qrup sakin Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirib.
Virtualaz.org saytının xəbərinə görə, sökülməsi nəzərdə tutulmuş yaşayış binalarının sakinləri PA-nın qarşısına toplaşıblar. Sakinlərdən Elton İsmayılov bildirib ki, binanı sökmək üçün onları zorla evlərindən çıxarırlar.
“Biz Nərimanov rayonu, Ziya Bünyadov prospektində yaşayırıq. Binaları stadion tikintisinə görə sökürlər. Mənzillərimizin hər kvadratmetrinə görə 1020 manat kompensasiya vəd edirlər. Bu məbləğ çox aşağıdır. Evlərimizdən çıxmamaq barədə qərar vermişik. Bu gün səhərdən gəliblər, binalarımızın işığını, qazını kəsməyə başlayıblar” - deyə E.İsmayılov bildirib.
Nərimanov Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildirilib ki, sakinlərə binalardan köç etmək üçün verilmiş möhlət başa çatıb.
Ancaq onlar mənzillərini boşaltmayıblar. Bu gün isə sakinlərə mənzillərdən çıxmaq üçün daha bir neçə gün əlavə möhlət verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?