Moskvada müxalif “Tərəqqi” partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.
TASS-ın verdiyi məlumata görə, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 500-dək nəfər saxlanılıb və polis idarəsinə aparılıb.
Məlumata görə, saxlanılanlardan bibər qazlı balonlar, travmatik tapançalar və patronlar aşkar edilərək götürülüb.
Xatırladaq ki, qeydiyyatı ləğv olunan “Tərəqqi” partiyası martın 26-da Moskvanın mərkəzində yürüş və mitinq keçirməyə planlaşdırırdı.
Sorğu
Yeni dizaynımız necədir?