Kimdir günahkar: hakerlər, yoxsa şəhərin gecələr mərkəzi xəbərdar etmə sistemini idarə edərkən pornofilmlərə baxan məmurlar?..
Gecəyarı şirin yuxuda olan şəhər sakinləri ucadan eşidilən biabırçı səslərə oyanıblar. Məlum olub ki, şəhərin bütün əsas küçələrində səsgücləndiricilər vasitəsilə yayılan bu səslər hansısa pornofilmdə çıxan səslərdir.
Moderator.az-ın “Hürriyet Daily News” nəşrinə istinadla verdiyi xəbərə görə, rüsvayçı olay ötən şənbə gecə saat 1 radələrində Türkiyənin Kastamonu şəhərində baş verib. Nəşr etik baxımdan həmin olayın sosial şəbəkələrdə yayılmış video-yazısını təqdim etməyib.
Şəhər rəhbərliyi sakinlərin hiddətinə səbəb olmuş bu qeyri-əxlaqi hadisənin səbəbkarlarını tapıb cəzalandıracağına söz verib. Bələdiyyə başçısı Tahsin Babaş hesab edir ki, bu, şəhərin səsgücləndiricilərlə mərkəzi xəbərdaretmə sisteminin tezliyinə düşməyə nail olmuş xuliqan hakerlərin işidir. Ancaq sosial şəbəkə istifadəçilərinin daha çox üstünlük verdiyi digər bir versiya da var: xəbərdarlıq etmə sistemini idarə edən məmurlar gecə iş yerlərində həmişəki kimi pornofilmə baxarkən, sadəcə, səsləri şəhərə yayan mikrofonu söndürməyi unudublar... Olayla bağlı araşdırmalar davam edir.
Sorğu
Yeni dizaynımız necədir?