Bu gecə yağan güclü yağış Mingəçevirin bir çox küçələrində iflic vəziyyəti yaradıb.
Bu barədə musavat.com-a Mingeçevirdə yaşayanlar məlumat verib.
Bildirilir ki, səhər saatlarında şəhərin küçələrində yaranmış keçilməz su gölməçələri üzündən işə, dərsə gedələr N.Nərimanov, A.Məmmədov, Nizami küçələrində yollarda qalıb.
Oxucular qeyd edirlər ki, bu yaxınlarda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına 30 milyon manat vəsait ayrılıb. "Belə görünür ki, dövlət büdcəsindən ayrılmış vəsait təyinatı üzrə xərclənməyib", - məktubda qeyd olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?