Çinin Çjouçjou şəhər dairəsindəki Taykan vilayətində inşaat işləri zamanı qədim sərdabə aşkarlanıb.
Su borusunun çəkilişi zamanı tapılan sərdabədə mumiyalaşmış iki cəsəd var.
Alimlərin dediklərinə görə, mumiyalaşmış cəsədlər 500 il əvvəl dəfn olunmuş kişi və qadındır. Antropoloqlar hesab edirlər ki, sərdabədə Min sülaləsinin hakimiyyətdə olduğu zaman yaşamış məmur Qu Zuonun nəvəsi və onun arvadı dəfn olunublar.
Mumiyalardakı geyimlər o qədər yaxşı qalıb ki, parçalarda qızıl saplarla tikilmiş naxışları sezmək mümkündür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?