GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İsrail Rusiya ilə qarşıdurmadan niyə qaçır? – Əsədin taleyi Putinin əlindədir - TƏHLİL

İsrail Rusiya ilə qarşıdurmadan niyə qaçır? – Əsədin taleyi Putinin əlindədir - TƏHLİL

Tarix: 31-03-2017, 10:32 Bölmə :Dünya Baxış: 364
İsrail Rusiya ilə qarşıdurmadan niyə qaçır? – Əsədin taleyi Putinin əlindədir - TƏHLİL

İsraildəki hakim rəyə əsasən, yaxın gələcəkdə Əsəd rejiminin çökəcəyinə dair heç bir gözlənti yoxdur. Bundan əlavə, İsrail ekspertləri güman edirlər ki, Suriyanın dövlət başçısı Bəşər Əsədin paytaxt Şamdan başlayan və Hələb, Hums şəhərləri də daxil olmaqla, şimaldakı Ələvistana (Lazkiya limanının yerləşdiyi ələvi anklavı) doğru uzanan nəzarət dəhlizinin mövcudluğunu təmin etmək vəzifəsini tamamlayıb. İndi o, nəzarət sahəsini Deyr əz-Zor səmtində genişləndirir.
Son bir ildə parçalanmış Suriya xəritəsində aydın təkamül baş verib. Əsədin nəzarəti altındakı Suriyanın ürəyi artan templə və qiyamçıların nəzarəti altında sahələrin ardıcıl azalması ilə, sabit sürətlə genişlənməkdədir. Hətta İŞİD-in nəzarət etdiyi ərazilər gəmirilib.
İsrail ekspertlərinin fikrincə, Suriyada müharibə yaxın gələcəkdə də davam edəcək, lakin bu nöqtədə güc balansı aydın şəkildə Əsədin xeyrinədir.
Təl-Əvivdə Əsədin nəzarəti altındakı ərazilər indi "Əsədistan" kimi tanınır. Bu yeni, dar, ölkə tarixi Suriyada daha kiçik ola bilər, lakin o mövcuddur. Mövcuddur, amma bir düzəlişlə: "Rusiya prezidenti Vladimir Putin olmadan Əsəd də yoxdur".
Bunu “Al-Monitor”a anonimlik şərtilə bir İsrail eksperti bildirib: "Əsəd iqtidarının yaşaması Putinin xoşməramlılığından asılıdır".
Yüksək mənsəbli israilli mənbə “Al-Monitor”a açıqlamasında deyib: "Putinin Birləşmiş Ştatları Yaxın Şərqdən necə çıxarması və regionda dominant gücə çevrilməsi günlərin bir günü strategiya məktəblərdə tədris olunacaq".
Putinin Obama administrasiyası ilə avantürizmi artıq şərhə ehtiyac duymur. Prezident Obamanın Suriyada kimyəvi silah sistemlərinə hücum etməməsi ucbatından Rusiya regionda dominant güc və Əsədin yaşaması üçün mühüm vəsilə oldu. Putin etiraf etdi ki, Obama və Tramp administrasiyalarını birləşdirən vaxt dəhlizi yeni admistrasiyanın öz mövqe və yanaşmasını inkişaf etdirməyə imkan verməyən paz idi.
"Burada baş verənlərə diqqət yetirin, – bir israilli ekspert anonimlik şərti ilə “Al-Monitor”a deyib. – Prezident Donald Tramp yanvarın 20-də, cümə günü and içdi, şənbə və bazar günləri isə Vaşinqtonda istirahət edirlər. Bazar ertəsi, yanvarın 23-də Tramp yuxudan oyandıqda, Astanada, Qazaxıstanın paytaxtında Suriya münaqişəsinin həlli üzrə beynəlxalq konfrans tam gücü ilə işə başlamışdı".
Bu konfrans Putinin təşəbbüsü ilə başlamışdı. Rusiyadan başqa, fəxri qonaqlar iranlılar və türklər idi. Putin uzun müddətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlər qurur. Bu həftə isə İran prezidenti Həsən Ruhani Moskvada səmimi qarşılandı.
İşə başlamasının ilk günündən Tramp Suriya məsələsində çox-çox geridə qaldığını aşkarlayıb: "İndi amerikalılar İŞİD-ə qarşı Suriyanın şimalında Putinin gördüyü işi təkrarlayır və kürdlərə kömək edirlər. Bu regionlarda baş verənlər Əsədin baş ağrısıdır. Onun taleyi məhz orada həll ediləcək. Putin bu taleyi iranlıların və “Hizbullah"ın köməyi ilə yazacaq”.
İsrail bu dolaşıq vəziyyətdə həddindən artıq ehtiyatlı manevrlər edir. Həmçinin qətiyyət, həm də ciddi narahatlıq göstərməyə çalışır.
Təl-Əviv iddia edir ki, İsrail hərbi hava qüvvələrinin Suriya hava məkanında sərbəst fəaliyyəti saxlanılır və riskə məruz qalmır.
Ruslar təzyiq hiss edir və iki səbəbə əsaslanırlar.
Birincisi, Tadmorda İsrailin hücum hədəfi Rusiya qüvvələrinə yaxın idi. Hərçənd Rusiya qüvvələrinə təhlükə yoxudu, amma bəzi həssaslıqlar nəzərə alınmalıdır.
İkinci səbəb odur ki, əvvəlki hallardan fərqli olaraq, bu dəfə İsrail “Arrow” raketlərinin bir batareyasının yerləşdirilməsi ilə hücum üçün məsuliyyəti öz üzərinə götürmüşdü.
İsrailin “tualetdən çıxması” (Suriyadakı hədəflərə hücum) Putinə təzyiqdir. Bölgədəki hər kəs: İran, “Hizbullah”, Əsəd, qiyamçı qruplar, türklər baxışlarını Putinə zilləmişdi. Hamı düşünürdü ki, görəsən, “yerli ağa” buna necə cavab verəcək? Bu oyunçuların bəziləri də İsrailin azğın fəaliyyətinə son qoymaq üçün ruslara təzyiq göstərdi.
Lakin Rusiyanın təpkisi minimal oldu. Eyni zamanda, İsrail Əsədin nə düşündüyünü və növbəti dəfə hücuma necə cavab verəcəyini bilmir. İsrail öz hərbi hava qüvvələrini Suriya hava sahəsinə göndərdikdə, İsrail təyyarələri yenidən atəşə tutularsa, nə baş verəcək?
Baş naziri Benyamin Netanyahu daxil olmaqla, İsraildə heç kim bu suala cavab vermir.
Bir tərəfdən, İsrail müəyyən dərəcədə “Hizbullah”a dair öz “qırmızı xətlər”ini qorumağa çalışır. “Hizbullah”a hər hansı (təyyarə əleyhinə raketlər, ilk növbədə, “Yaxont P-800” və kimyəvi silah daxil olmaqla) silah transferinin qarşısını almaq üçün o, nə lazımdırsa edəcək, çünki bu, güc tarazlığını poza bilər. Digər tərəfdən, aydındır ki, İsrail ruslarla qarşıdurmada maraqlı deyil.
Hər dəfə bu məsələ səslənəndə, bəzi İsrail generalları yumoristik cavabla kifayətlənirlər: "Bilirsiniz 800 kiloqramlıq ayı hansı ağacın altında gizlənib?" Məhz buna görə İsrailin ABŞ-a ehtiyacı indi həmişəkindən daha çoxdur. Təl-Əviv ümid edir ki, Tramp Putinə meşənin şahı – hakim kimi Suriyada rahat gəzib-dolaşmasının qarşısını alacaq.
Suriyanın şimalına enən elit ABŞ qüvvələrinin indi qiyamçılar və kürdlərə kömək etməsi Netanyahunu çox ümidləndirir.
Bu ilin fevral ayında, Vaşinqtonda Netanyahu əmin idi ki, Tramp Fələstin məsələsinə toxunmayacaq, (İsrailin xeyrinə) Suriya və İran məsələsinə köklənəcək. Bu günə qədər vəziyyət tam tərs idi. Baş nazir Trampı Fələstin cəbhəsində sakitliyin olduğuna inandırmaqla, onun diqqətini Suriyaya yönəltməyə çalışdı. Lakin indi uğur şansı o qədər kiçikdir ki, Netanyahu növbədənkənar seçkilərə getməyə üstünlük verir.
Ben Kaspit

“Al-Monitor”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəşər Əsədin qanlı vəsiyyəti

    Bəşər Əsədin qanlı vəsiyyəti ...

    17-01-2013, 11:04

  • 
  • RUSİYA ƏSƏDİN MƏĞLUBİYYƏTİNİ ETİRAF EDİR

    RUSİYA ƏSƏDİN MƏĞLUBİYYƏTİNİ ETİRAF EDİR ...

    13-12-2012, 16:41

  • 
  • Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü

    Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü ...

    26-03-2014, 10:08

  • 
  • İsraildən Suriyaya sərt xəbərdarlıq

    İsraildən Suriyaya sərt xəbərdarlıq ...

    22-05-2013, 02:45

  • 
  • Əsədin planına Obama balta vurdu

    Əsədin planına Obama balta vurdu ...

    19-11-2015, 15:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu