GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tillerson Ankaraya gəlir:ABŞ Ərdoğanla sövdələşmədə Gülənin qələmini qıracaqmı? - TƏHLİL

Tillerson Ankaraya gəlir:ABŞ Ərdoğanla sövdələşmədə Gülənin qələmini qıracaqmı? - TƏHLİL

Tarix: 31-03-2017, 10:37 Bölmə :Dünya Baxış: 379
Tillerson Ankaraya gəlir:ABŞ Ərdoğanla sövdələşmədə Gülənin qələmini qıracaqmı? - TƏHLİL

İŞİD-i məğlub etməklə bağlı ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyə liderləri ilə aparacağı danışıqlar Qərb müttəfiqlərində daha çox qıcıq oyadan əsas tərəfdaşla münasibətləri möhkəmləndirmək üçün yaxşı fürsət sayılır.
Lakin martın 30-da Ankarada prezident Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmiləri ilə görüşəcək Tillersonun müzakirələr müstəvisində geniş çatlar var. Onlardan ən böyüyü Ərdoğana geniş səlahiyyətlər verəcək Türkiyə konstitusiyasına yeni düzəlişlərə dair qarşıdakı referendumdur.
Eyni zamanda, İŞİD-lə mübarizədə Ankaranın kürd silahlılarından istifadəylə bağlı qorxusu və Suriyadakı vətəndaş müharibəsində qaçqınlar üçün "təhlükəsiz zonalar"ının yaradılması ideyası müzakirələri mürəkkəbləşdirir. Türkiyə rəsmiləri, həmçinin adı keçənilki uğursuz hərbi çevriliş cəhdinə görə hallanan ABŞ-lı vaizə görə narahatlıq keçirirlər.
Tillersonun səfəri ərəfəsində “Middle East Eye” (MEE) Ankarada hansı nəticələrin əldə ediləcəyinə dair Vaşinqtonun Türkiyədəki sabiq elçisi, səfir Robert Pirson, alimlər və prezident Donald Trampın ikiaylıq administrasiyasının rəsmiləri ilə söhbətləşib.

1. Ərdoğanın səlahiyyətlərini genişləndirəcək referendum

Ərdoğanın səlahiyyətlərini artıracaq 16 Aprel referendumu öncəsi Türkiyədə ehtiraslar yüksəlməkdədir. Avropada yaşayan türk mühacirlər üçün mitinq kampaniyasına qadağalar ucbatından Ankara Almaniya və Hollandiya ilə dalaşır.
Prezident Ərdoğan hətta iki NATO-lu müttəfiqinin ürəyini partlatmaq üçün İkinci Dünya müharibəsinin arxivindən "faşist", "nasist" kimi təhqiramiz sözləri işlətməkdən çəkinmir. Dövlət Departamentinin yüksək mövqeli bir rəsmisinin sözlərinə görə, Tillerson referendum öncəsi həssaslıqların "kəskinliyindən xəbərdardir”.
2000-2003-cü illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuş Pirsonun sözlərinə görə, Tillerson, güman ki, mübahisəli məqamlardan yayınacaq və bu ölkədəki demokratiyaya dəstək verəcək. Hərçənd hüquq müdafiə qruplarının rəyinə görə, Türkiyə daha avtoritar və yad fikrə dözümsüzlüyə meylli dövlətə çevrilib.
“Çətinlik ondadır ki, Ərdoğan türk demokratiyasına sonradan onu “təmizləmək”, sərt idarəçilik və praktiki olaraq qeyri-məhdud prezident hakimiyyəti üçün dəstək verib, – deyə Pirson “MEE”yə bildirib. – Beləliklə, Tillerson demokratiyaya dəstəklə bağlı incə bəyanat verəcək, lakin 15 İyul çevriliş cəhdindən sonra baş verən hər şeyi təqdir etməyəcək”.
Dünya Siyasəti İnstitutu Analitik Mərkəzinin alimi Conatan Kristol bu rəylə razılaşır.
"Referendum mövzusu çoxlu tənqidlə üzləşir, amma Tillersondan kəskin bəyanat gözləməyə dəyməz. Çünki ABŞ Suriya məsələsində Türkiyə ilə əməkdaşlığa ehtiyac duyur. Tramp administrasiyası və Tillersonun özü insan haqları və siyasi azadlıqlarla əlaqədar az qayğılanırlar", – deyə Kristol “MEE”yə bildirib.

2. Türkiyə Güləni istəyir

Türkiyə rəsmiləri keçən ilin iyul ayında baş vermiş uğursuz çevriliş cəhdində Fəthullah Güləni ittiham edir və pensilvaniyalı din xadimini tutmaq üçün onların əlləri gicişir. ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyası Türkiyənin tələbi ilə Güləni təhvil verməkdən imtina edib.
Bu ay MKİ-nin sabiq direktoru Ceyms Vulsi Trampın ilk milli təhlükəsizlik məsləhətçisi, təqaüdçü general Maykl Flinnin sentyabrda Türkiyə rəsmiləri ilə "ölü gecədə bu oğlanı ölkədən əkişdirmək" planlarını aşkara çıxarıb.
Dövlət Departamentinin rəsmisi adının gizli qalması şərtiylə, jurnalistlərə deyib ki, Türkiyənin ekstradisiya tələbi "indi Ədliyyə Nazirliyindədir", lakin Tillersonun türk vəzifədaşlarına veriləcək "hazır cavabı" var.
Pirsonun sözlərinə görə, yəqin ki, türklər Gülənin təhvil verilməsi üçün Tillersona təzyiq göstərəcək və səfər zamanı ekstradisiyanı lovğalıqla televiziyada göstərmək istəyəcəklər. Lakin dövlət katibi "çətin ki, o cür siyasi sövdələşməyə getsin, hərçənd bu, imkan daxilində olan işdir".
“New America Foundation” Analitik Mərkəzinin təmsilçisi Barak Barfi deyib ki, Trampın komandası məhkəmələrdən yan keçəcək və xarici siyasətinin əsas məqsədi – İŞİD-in çökdürülməsi istiqamətində Türkiyədən güclü dəstək qazanmaq üçün Güləndən qurbanlıq quzu kimi istifadə edəcək.
"Ərdoğanın könlünü almaq üçün sadəcə hansısa fərddən imtina etmək lazım gələrsə, Tramp bunu edəcək, – tez-tez Türkiyədə səfərdə olan Barfi “MEE”yə bildirib. – Bu administrasiyada məqsədə yetişmə ilə bağlı fikir ayrılığı yoxdur. Onlar oyun-oyuncaqla oynamırlar".

3. Uçuşa yasaq və təhlükəsizlik zonaları

Altı il əvvəl Suriya prezidenti Bəşər Əsədə qarşı üsyan başlayandan bəri ABŞ və digər qüdrətli dövlətlər müntəzəm olaraq "mülki əhali üçün təhlükəsizlik zonaları" və "uçuşa yasaq zonalar" yaradılması müzakirə edir, lakin irəliləyiş azdır.
İŞİD-lə mübarizə aparan 68 ölkədən ibarət koalisiyanın bu ay Vaşinqtonda keçirilən danışıqlarında R.Tillerson İŞİD əleyhinə mübarizənin növbəti mərhələsində Suriya və İraqda qaçqınların ocaqlarına qayıtmasına kömək məqsədilə "müvəqqəti sabitlik zonaları"nın yaradılması fikrini canlandırdı.
Türkiyə lap çoxdan, xüsusilə çiliklənmiş dövlətlə 911 km-lik sərhədində, Suriyada belə təhlükəsiz zonaların yaradılmasına çağırışlar edib. Dövlət Departamentinin başqa bir rəsmisi bildirib ki, “başlıca müttəfiqlərimizin sərhədləri”ndə sabitliyin təmin edilməsi “Ankaradakı müzakirələrimizin diqqət mərkəzində" olacaq.
Barfinin fikrincə, təhlükəsiz zonaları Vaşinqton üçün çətin məsələ olaraq qalır. Çünki böyük ehtimalla, Suriya torpaqlarındakı zonaların müdafiəsi Amerika əsgərlərinin boynuna düşəcək: "Siz həmin zonaların keşiyini çəkməlisiniz. Bu isə missiyanın böyüməsi deməkdir və heç bir çıxış strategiyanız yoxdur".

4. Raqqa yarışı

Dövlət Departamenti rəsmilərinin sözlərinə görə, Ankarada danışıqların əsas mövzusu İŞİD qalalarına ABŞ-ın rəhbərliyi ilə hücum olacaq. İŞİD-çilər İraq və Suriyadakı mövqelərini itirib, üstəlik ABŞ, Türkiyə və Rusiya tərəfindən dəstəklənən üç ayrı-ayrı qüvvə de-fakto İŞİD-in paytaxtı Raqqaya doğru irəliləyir.
Silahlılar dağınıq hala düşüb və onların böyük hissəsi məhv edilib. Yaxın aylarda onların Mosul, Raqqa və digər qalaları itirməsi gözlənilir. Qondarma xilafətin sərhədləri kiçildikcə İŞİD-çilər bombalı avtomobillərin partladılması daxil olmaqla, partizan taktikasına keçid edəcəklər.
Barfinin sözlərinə görə, sonrakı dönəmdə diplomatiya çox sərt olacaq, çünki Vaşinqton, Ankara, Tehran və Moskvanın müharibə sonrası Suriya barədə təsəvvürləri və Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsində rəyləri fərqlidir.
"Türkiyənin Tramp admistrasiyasının mühüm müttəfiqi olmaq potensialı var. Lakin Tillerson Ankaranı çox da ümidləndirməyəcək, – deyə Barfi “MEE”yə bildirib. – Trampın İŞİD-lə bağlı təfsilatlı planı yoxdur. Bu proses hələ tamamlanmayıb".

5. Kürd məsələsi

ABŞ və Türkiyə arasında əsas ziddiyyət nöqtəsi 30 ildir Türkiyədə partizan müharibəsi aparan Kürd Fəhlə Partiyasının, Ankaranın rəyincə, bir hissəsi olan Suriyadakı kürd milislərdən ibarət YPG-yə Vaşinqtonun verdiyi dəstəkdir.
Ankara kürd milliyyətçiliyini böyük təhlükə sayır. Vaşinqton üçün isə kürd döyüşçüləri, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrin (SDF) ərəb döyüşçüləri ilə yanaşı, Raqqanın fəthi üçün İŞİD-ə qarşı ən təsirli qüvvələrdir.
Pirsonun sözlərinə görə, “bu, çözümün dolayı yoludur, lakin tərəflər hələ həmin məqama gəlib çıxmayıblar".
Sabiq diplomat və Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin alimi deyib ki, Ankaranın təhlükəsizlik qorxusunu sakitləşdirməkdən ötrü Vaşinqton sövdələşməyə getməli, Şimali İraq və şimal-şərqi Suriyada Türkiyəyə “post-qələbə dönəmində idarəçilik üzrə məsləhət və yardımçı rolu" təklif etməlidir.

Ceyms Raynl
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ dövlət katibi Ankarada Ərdoğanla görüşür

    ABŞ dövlət katibi Ankarada Ərdoğanla görüşür ...

    30-03-2017, 15:25

  • 
  • ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı — Kerridən Ankaraya şok…

    ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı ...

    18-09-2014, 16:41

  • 
  • Türkiyə İŞİD-lə mübarizəni çətinləşdirir - ABŞ general

    Türkiyə İŞİD-lə mübarizəni çətinləşdirir - ABŞ ...

    1-03-2017, 00:26

  • 
  • 68 ölkə Vaşinqtona toplaşır - İŞİD-ə görə

    68 ölkə Vaşinqtona toplaşır - İŞİD-ə görə ...

    9-03-2017, 21:27

  • 
  • ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlımühüm açıqlama

    ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil ...

    20-07-2016, 18:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu