Əfqanıstanın Tahar əyalətində təhlükəsizlik qüvvələri tərəfindən 10 talibançı öldürülüb. Bu barədə ölkənin nüfuzlu generallarından sayılan Şir Əziz Kamaval məlumat verib. “Talibançılar Darka rayonunda hücuma cəhd ediblər. Təhlükəsizlik qüvvələri ilə baş verən atışmada 10 talibançı məhv edilib, 9-u isə yaralanıb”, - general bildirib. Qeyd edək ki, son zamanlarda Əfqanıstanda radikal qruplaşmaların aktivləşdiyi müşahidə olunur.
Sorğu
Yeni dizaynımız necədir?