Əfqanıstan rəsmiləri bildirib ki, gecə saatlarında Taliban yaraqlılarının paytaxt Kabildə bir qanunvericinin evinə etdiyi hücum nəticəsində səkkiz nəfər həlak olub, çox sayda adam yaralanıb.
Əfqanıstanın xüsusi təyinatlı qüvvələri ilə yaraqlılar arasında 13 saat davam edən atışmadan sonra hücumçuların hamısı öldürülüb.
Yerli mediya bildirib ki, hücumçulardan biri bədəninə bağladığı bombanı partladıb.
Taliban sözçüsü məsuliyyəti üzərinə götürüb və deyib ki, iki ağır silahlanmış intiharçı dünən axşam yüksək rütbəli hərbi rəsmilərlə təhlükəsizlik görüşü keçirilən an binaya daxil olub.
Sözçü bildirib ki, hücum zamanı azı 20 mühüm rəsminin öldürüldüyü və çox sayda digərinin yaralandığını bildirib. Taliban bu növ hücumlardan sonra tez-tez şişirdilmiş rəqəmlərlə çıxış edir.
Helmand Əfqanıstanın 34 vilayətindən ən böyüyüdür və onun çox sayda rayonu ötən aylarda Taliban tərəfindən zəbt edilib. Vilayətin paytaxtı Laşkargah isə tez-tez yaraqlıların hücumlarına məruz qalır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?