"ABŞ "Rusiya ilə hərbi əməliyyatlar astanasında" Suriyaya raket zərbələri endirib".
gundemxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.
Medvedev qeyd edib ki, bu aviazərbələr beynəlxalq hüquqa və ABŞ daxilində mövcud olan qanunvericiliyə ziddir.
"Trampın administrasiyası sübut etdi ki, İŞİD-lə yox, Suriyanın qanuni hakimiyyəti ilə mübarizə aparır. BMT-nin dəstəyi olmadan hərəkət edən ABŞ beynəlxalq hüququ kobud şəkildə pozub. Onlar Konqresi əvvəlcədən xəbərdar etməməklə həmçinin ölkə daxilində mövcud olan prosedurları pozublar".
Medvedevin sözlərinə görə, "seçkiqabağı dumanın qalığı artıq dağılıb".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?