ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli CNN-ə müsahibəsində bəyan edib ki, ehtiyac yaranacağı təqdirdə Amerikanın lideri Donald Tramp Suriyadakı hərbi hava limanlarına raket zərbələri endirilməsi ilə kifayətlənməyəcək. Onun sözlərinə görə, əgər daha çox şey tələb olunacaqsa, o, bunu edəcək. Nikki Heyli qeyd edib ki, Ağ evin rəhbəri sonrakı fəaliyyətini dünya ictimaiiyətinin və Suriya münaqişəsi tərəflərinin baş verənlərə reaksiyasından asılı olacaq. Bundan başqa, Heyli vurğulayıb ki, Suriya münaqişəsinin siyasi nizamlanması prezident Bəşər Əsədin hakimiyyətdə qalması ilə mümkün deyil.
"Əsədin başçılıq etdiyi rejimlə siyasi qərarların qəbulu üçün heç bir variant yoxdur. Əgər siz Suriyadakı vəziyyətə nəzər yetirirsinizsə, Əsədlə dinc və sabit hökumət təsəvvür etmək çətindir”, - o, vurğulayıb. Ancaq onun sözlərinə görə, Əsədin devrilməsi ABŞ-ın Suriya ilə bağlı yeganə prioriteti deyil: "Bir neçə prioritet var. Əsədin yıxılması yeganə prioritet deyil”. Başqa prioritetlərə gəldikdə, o, İraq-Şam İslam Dövləti terror qruplaşmasının məhvini, eləcə də İranın Suriyaya təsirinin yox edilməsi və siyasi nizamlanmanı qeyd edib. Aprelin 7-də ABŞ Suriyanın Homs şəhərindəki hava limanına 59 "Tomaqavk” qanadlı raketi ilə zərbə endirib. Moskva Suriyadakı hava bazasına raket atəşini suveren ölkəyə qarşı aqressiya və beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?