Suriyada siyasi həll prosesinə prezident Bəşər Əsəd də qatılmalıdır.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib. “Prioritetimiz İŞİD-in məğlub edilməsidir. Terrorçuları məğlub edərək, həm ABŞ-ı, həm də regionu sülhə qovuşdurmağa cəhd göstəririk. Daxili savaşın qarşısının alınması üçün münaqişə tərəflərinin bir masaya əyləşəcəyini ümid edirik”, - ABŞ rəsmisi bildirib. O, Suriyada təhlükəsiz bölgələrin də yaradılmasının vacibliyini qeyd edib. Qeyd edək ki, ABŞ diplomatları açıqlamalarında Əsədin siyasi həll prosesində iştirakının mümkünsüzlüyünü ifadə edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?