Kilsələrdə törədilən terror aktları həm müsəlmanlara, həm də xristianlara qarşı yönəlib. Bu sözləri Misir Prezidenti Əbdülfəttah Sisi deyib. Dövlət başçısı bildirib ki, baş verən hücumlar terrora qarşı mübarizədə ölkə əhalisini daha sıx birləşdirib: “Olayda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Terakt zamanı yaralanan vətəndaşların müalicəsi üçün lazımi tədbirlər görüləcək”. Qeyd edək ki, sözügedən hücumlarda ölənlərin sayının 44-ə çatdığı bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?