ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Trampın eskort xidməti (elit fahişəlik xidməti) göstərdiyini iddia edən məşhur «Daily Mail» qəzeti cəzalandırılıb.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, Melania Tramp qəzet rəhbərliyini məhkəməyə verərək onlardan 150 milyon təzminat tələb edib. Trampın yazılanlara ciddi yanaşdığını görən qəzet rəhbərliyi iddialarını geri çəkib və təzminatı ödəyəcəyini bildirib.
Qəzet həm internet saytında, həm də çap mətbuatına Melania Trampdan üzr istəyib. «Daily Mail» saytı ötən gün Trampdan üzr istəməsi barədə yazı dərc edib. Məlumatlar görə, mətbu orqan üzr istəməklə yanaşı prezidentin xanımına 3 milyon dollar təzminat da verəcək.
Qeyd edək ki, «Daily Mail» qəzeti bir müddət əvvəl Melania Trampın 1990-cı illərdə eskort xidməti göstərdiyi barədə məlumat yaymışdı. Melania Tramp isə bu iddiaları rədd etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?