GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Məhəbbətin dərmanı tapılıb...

Məhəbbətin dərmanı tapılıb...

Tarix: 16-04-2017, 17:37 Bölmə :Dünya Baxış: 380
Məhəbbətin dərmanı tapılıb...

Britaniya mətbuatı: Qarşılıqsız sevginin dərmanı tapılıb?

"The Metro" qəzeti yazır ki, səni sevməyən birisinə aşiq olmaq özünü odlara atmaq kimidir, amma bir alim deyəsən, bu dərdin də dərmanını tapmağa çox yaxınlaşıb.
Doktor Anders Sandberg Oxford Universitetində hesablama neyrobioluqudur və iddia edir ki, insanların aşiq olmaq xüsusiyyəti insan körpələrinin tamamilə köməksiz olması ilə bağlıdır.
O izah edir ki, məsələn, atın balası doğulan kimi dörd ayağı üstündə dayanır, amma insanın körpəsi tamamilə acizdir.
"Məhz buna görə də təkamül baxımından insanlar övladlarının sağ qalması naminə bir yerdə yaşamağa məcburdurlar, - deyib alim, - İki nəfərdən ibarət sistem oyunu da burdan qaynaqlanır".
Aşiq olmaq və ya vurulmaq sadəcə olaraq beynin dopamin sisteminin oksitosin və vazopressin maddələrini istehsal etməsi nəticəsində yaranır. Bu bir növ stimulyator, dopinq və ya coşdurucu qəbul etmək kimidir.
Buna görə də doktor Sandberg inanır ki, gələcəkdə sevgi iksirini hazırlamaq mümkün olacaq. Onun fikrincə buna oksitosin, vazopressin və CPH maddəsini (karboksipeptidaza) qarışdırmaqla nail olmaq mümkündür.
Bundan sonra bu qarışıq beynin lazımi nahiyəsini təsirləndirməlidir. Bu zaman beynin alın payında gedən təbii proses imitasiya olunacaq. Müəyyən bir kəslə birlikdə olmaq istəyimiz məhz burada formalaşır.
Doktor Sanders deyir ki, elmi tədqiqatın hazırkı surətini nəzərə aldıqda "sevgi iksirinin" qarşıdan gələn on ildə hazır olacağını söyləmək olar.
Lakin buradan belə bir ziddiyyət də ortaya çıxa bilər ki, sizi sevməyən bir adama sevgi iksiri içirtməyiniz hüquqi baxımdan zorlama kimi də qiymətləndirilə bilər.
Doktor Sanders deyir ki, o məsələyə əks tərəfdən baxır. O düşünür ki, bu iksir iki insan arasında münasibətlərin başlanğıcı üçün yox, əksinə, artıq mövcud olan birgəliyin davam etdirilməsi üçün daha çox lazımdır.
"Məsələn bir adamı əvvəlcə sevirsiniz, amma zaman geçdikcə bu məhəbbət öləziyə bilər, - deyir Sandberg, - Sevgi iksiri bizə ölməkdə olan məhəbbətimizi diriltmək üçün zəruridir".

Məhəbbətin dərmanı tapılıb...

Trampın Rusiya ilə əlaqələrinə dair sübutlar "konkretləşir"
Rəsmi təhqiqata əsasən Donald Trampla Rusiya arasında iddia olunan əlaqələr barədə dəlillər artıq "daha konkret, daha spesifik və daha inandırıcıdır".
Məqalədə iddia edilir ki, yeni sübut "Tramp kampaniyasının adamları ilə Rusiya casusları arasında hakerliklə əldə olunmuş materialdan istifadə məqsədilə müzakirələr olduğunu" təsdiq edir.
Bu da qeyd olunur ki, Rusiya kəşfiyyat əməliyyatçıları ilə Trampın kampaniya komandası arasında sözü gedən əlaqələr barədə ilkin məlumatları amerikalı həmkarlarına Britaniya agentləri ötürüblər.
"The Guardian" yazır ki, Britaniya və Avropa kəşfiyyat orqanları ABŞ prezidentinə yaxın adamlarla Rusiya rəsmiləri arasında olan şübhəli "təmasları" hələ 2015-ci ildə Rusiyanın cari müşahidəsi zamanı aşkar ediblər.
CNN telekanalının verdiyi məlumata görə Britaniyanın ən ali kəşfiyyat orqanı Hökumət Kommuniskasiyaları Baş Qərargahı və ya qısaca GCHQ də daxil olmaqla, kəşfiyyat orqanları məxsusi olaraq Tramp komandasını hədəfləməslər də, cari iş çərçivəsində qeydə alınmış kommunikasiyalar şübhəli əlaqələr barədə fikir söyləməyə imkan verib.
"The Guardian" yazır ki, bu məlumatlar ABŞ-a "Beş göz" sazişi deyilən qurumun çərçivəsində ötürülüb. Qeyri-rəsmi adı "Beş göz" olan bu alyans yalnız ingilisdilli ölkələrdən - ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya və Kanadadan ibarətdir.
Bir neçə ay ərzində eyni adamları hədəfləyən kəşfiyyat agentlikləri respublikaçıların daxili çevrəsi ilə Rusiya əməliyyatçıları arasındakı kommunikasiyalarda "sistemlilik" aşkar ediblər.

Məhəbbətin dərmanı tapılıb...

2016-cı ilin yayınadək olan 6 ay müddətində müxtəlif agentliklər məlumatları ABŞ kəşfiyyatına ötürsələr də, amerika xəfiyyələri lənglik göstəriblər.
"Belə görünür ki, ABŞ agentlikləri yatıbmışlar, - deyib bir mənbə "The Guardian" qəzetinə, - Avropa agentlikləri onlara deyirdilər: "cənab Trampa yaxın adamlarla Rusiya kəşfiyyat agentlikləri arasında davamlı əlaqələr var. Siz buna diqqət yetirməlisiniz".
"Mesaj sadə idi: "Diqqətli olun. Burada nəsə xoşagəlməz şeylər baş verir".
GCHQ qurumunun bu təhqiqatda iştirakı müəyyən ziddiyyətlərə səbəb olub. Çünki prezidentin sözçüsü Sean Spicer bundan əvvəl "Britaniyanın casus agentliyini" Barak Obamanın göstərişi ilə Tramp Tower binasına dinləmə qurğusu qoymaqda ittiham etmişdi.
Bu bəyanatı verərkən Spicer Fox News-da heç bir istinadsız verilən məlumata əsaslanmışdı.
Bunun ardınca GCHQ mediaya şərh verməmək adətinə xilaf olaraq bu ittihamların "cəfəngiyyat" olduğunu bəyan etmişdi.
Qurumun sözçüsü bildirdimişdi ki, "bu ittiham axmaqlıqdır və ona fikir verməyinə dəyməz".
prokurorluğunun araşdırdığı ABŞ siyasətçiləri və məmurları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan da var.
Ərdoğanın prokurorları indi də ABŞ siyasətçilərini araşdırırlar
"The İndependent" yazır ki, Türkiyədə böyük konstitusiya referendumunun ərəfəsində ölkə prokurorluğu ABŞ-ın 17 siyasətçisi, məmuru və aliminin ötən il baş vermiş çevriliş cəhdi ilə əlaqəsini araşdıran təhqiqata başlayıb.
Təhqiqatın subyektləri arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan, onun müavini David Cohen və Senatın demokrat azlığının lideri Chuck Schumer də var.
Bu rəsmilər prezident Rəcep Tayyip Ərdoğanı devirməyə çalışan qruplarla işbirliyində ittiham olunurlar.
Barəsində təhqiqat aparılanlardan biri də keçmiş cənubi New York prokuroru Preet Bhararadır.
Türkiyə prokurorları həmçinin ABŞ-dakı Wilson Mərkəzinin Yaxın Şərq direktoru Henri Barkeyni araşdırırlar.
İstanbulda yerləşən prokurorluq sözü gedən şəxslərin Türkiyəyə səfərlərini, buradakı görüşlərini, habelə onların ABŞ-da yaşayan Fətullah Gülənlə bağlarını araşdırır.
Türkiyə hökuməti ötən ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdinin arxasında müsəlman vaiz Fətullah Gülənin durduğunu bildirir.
Hazırda prokurorluğun araşdırdığı 17 ABŞ vətəndaşı da cənab Gülənlə birlikdə bu çevrilişin planlaşdırılmasında ittiham olunur.
"The İndependent" qəzetinə telefonla müsahibə verən cənab Barkey deyib ki, sözü gedən 17 nəfərdən heç biri Fətullah Gülənlə əlaqədə olmayıb.
Politoloq bildirib ki, Ərdoğan referendumda istədiyi nəticəni əldə etmək üçün anti-Qərb əhval-ruhiyyəsini qızışdırmaqda davam edir.
Dünən keçirilən referendum Ərdoğana məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri verə bilər.
Cənab Ərdoğan çevriliş cəhdinin ardınca jurnalistləri və dissidentləri həbs etdirdikdən sonra Qərblə arası dəyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya aparıldı

    Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya ...

    8-04-2016, 11:12

  • 
  • Tanınmış aşıq vəfat etdi

    Tanınmış aşıq vəfat etdi ...

    26-03-2016, 13:48

  • 
  • Səhhəti ağırlaşan aşıq Azər: "Dözə bilmirəm"

    Səhhəti ağırlaşan aşıq Azər: "Dözə ...

    7-03-2016, 14:29

  • 
  • Röya bu oğlana aşiq olub - FOTO

    Röya bu oğlana aşiq olub - FOTO ...

    29-11-2014, 23:31

  • 
  • Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO)

    Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO) ...

    8-02-2014, 02:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu