Referendumda "Xeyr” səsi verəcəyini açıqlayan "Yeni Şafak” qəzetinin keçmiş yazarı Ali Bayramoğlu səs verdikdən sonra təxminən 30 nəfərlik bir qrupun hücumuna məruz qalıb.
Türkiyə mediası bildirir ki, İstanbul Gayrettepedəki Şair Nədim orta məktəbinə səsini vermək üçün gələn, hökumətə yaxın "Yeni Şafak” gəzetinin yazarı Ali Bayramoğlu əvvəl sözlü təcavüzə uğrayıb. Mübahisə böyüdükdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri olduğu güman edilən qrup Bayramoğluna hücum edib. Saat 12.50 radələrində baş verən hadisədən sonra Bayramoğlu rayondan uzaqlaşıb.
Sorğu
Yeni dizaynımız necədir?