Fətullah Gülənin mediasının önəmli isimlərindən olan Ali Bulaç skandala imza atdı. Gülənin “dünyanın kapitanı” adlandırdığı Amerika üçün “ana vətən” ifadəsini işlətdi. Müsəlman camaatlar arasında ABŞ-ın mənfi imicini nəzərə alarsaq, Gülənin Pensilvaniyada qalmasını belə hələ də qəbul edə bilməyən dindarlar üçün bu ifadə şok effekti yaratdı.
Erməni diasporunun Türkiyədəki fəaliyyətlərində də rol alan Ali Bulaç öz proqramında ABŞ-a telefonla canlı bağlantı qurdu. Danışıq zamanı ABŞ üçün “ana vətən” ifadəsini işlətməsi qonaqlarının da diqqətini çəkdi. Qeyd edək ki, hazırda Gülənə ən yaxın şəxslərdən olan Ali Bulaç 1991-ci ildə yazdığı yazıda Gülənin ən böyük artist olduğunu və ABŞ-dan gələn sifarişlərlə hərəkət etdiyini yazmışdı. “Ağladan və ağlayan Xoca” başlıqlı məqaləsində Gülənin Həzrəti Peyğəmbərin adından istifadə etməsinə də öz etirazını bildirmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?