GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyədə referendum başa çatdı: "Evet" deyənlər qalib gəldi

Türkiyədə referendum başa çatdı: "Evet" deyənlər qalib gəldi

Tarix: 16-04-2017, 22:55 Bölmə :Dünya Baxış: 484
Türkiyədə referendum başa çatdı: "Evet" deyənlər qalib gəldi

Bu gün Türkiyə vətəndaşları referenduma gedərək ölkə üçün əhəmiyyətli olan dəyişikliklərə səs verdilər. Qeyd edək ki, ölkə daxilində 55 milyon 319 min 222 seçici var. Bu sayın 1 milyon 269 min 282 nəfəri referendum gününə qədər 18 yaşını tamamlayacaq şəxslərdir. 461-i cəza evlərində qurulmaqla ümumilikdə 167 min 140 məntəqdə səs verilildi.


"Gündəm Xəbər"in məlumatına görə, bülletenlərin 94 faizinin sayılmasından sonra seçicilərin 52.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 47.8 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulurdu. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

“Evet” və “Hayır” variantlarını seçən vətəndaşlar, əsasən, bu dəyişikliklərlə bağlı seçimlərini ediblər:

1. Parlamentdə millət vəkili kürsüsü sayı 550-dən 600-ə qalxacaq;
2. Millət vəkilliyinə namizəd olmaq yaşı 25-dən 18-ə endiriləcək;
3. TBMM və Prezident seçkiləri 5 ildən bir eyni gündə həyata keçiriləcək. Prezident birbaşa xalq tərəfindən seçiləcək, bir vətəndaş ən çox 2 dəfə prezident ola biləcək. Yüz min nəfər seçici və ən az 5 faiz səsə sahib olan siyasi partiyalar namizəd təqdim edə biləcək. Prezident dövlətin başçısı sayılacaq. Baş nazirlik aradan qaldırılacaq, vəzifələri prezidentə keçəcək. Yəni parlamentar idarəçilik üsulu prezidentli idarəçilik üsulu ilə əvəzlənəcək. Prezident yenidən ali baş komandan olaraq qalacaq. Prezident icraedici funksiyaları daxilində qərarnamələr çıxara biləcək. Prezident parlamenti göndərə biləcək. Prezident partiya sədri ola biləcək;
4. Məhkəmələrin tanımlanmasında “müstəqil” sözünün yanına “tərəfsiz” ifadəsi də əlavə ediləcək;
5. Hərbi məhkəmələr ləğv olunacaq.

Nəticələr açıqlanandan sonra "Evet" deyənlərin sayının çoxluğu diqqəti çəkir. Bu da təsadüfi deyil. Referendum kampaniyası dönəmində “Evet” səslərini artıracaq xeyli hadisələr oldu. Xüsusilə, Hollandiya və Almaniya ilə bağlı yaşanan böhran, Prezident Ərdoğanın bu böhranı istədiyi şəkildə idarə etməsi Avropada və ölkə daxilində "Evet"ə xidmət etmiş oldu.

Almaniyadakı qəzetlərin türkcə “Hayır”ı dəstəkləyən manşetlər atması da, “Evet” səslərinin çoxalmasına səbəb oldu. Avropa qəzetləri türk millətinin bu manşetlərə fərqli təpki verəcəyini ya hesablaya bilmədi, ya da ki dolayı yolla Ərdoğana dəstək oldular.

Ümumiyyətlə, Türkiyədə referendum və ya parlament, bələdiyyə, prezident seçkilərində subyektlərin çıxışları çox önəmlidir. Adətən, böyük çoxluq maddələrə deyil, liderlərin çıxışlarına diqqət yetirirlər.

2002-ci ildən etibarən kütləni məharətlə idarə etmək bacarığına sahib olan Ərdoğan yenə də liderliyini qorumaqdadır. Xüsusilə, ana müxalifət partiyası liderinin bəzi yanlışlıqları, kürd əsilli vətəndaşların təmsilçisi olan HDP-nin “Hayır”ı dəstəkləməsi, MHP-nin isə “Evet”i dəstəkləməsi Ərdoğana əlavə güc verdi.

Ərdoğan ilk gündən HDP-nin “Hayır”ı dəstəkləməsini dolayı yolla Kandilin, yəni PKK-nın dəstəkləməsi kimi qələmə verdi və bu çıxışı “Evet” səslərinin artmasına xidmət etmiş oldu. Necə ki, İstanbul küçələrində bu cümləni vətəndaşlardan tez-tez eşitmək mümkün olurdu: “PKK və Amerika hayır deyir, ona görə evet deməliyik”.

Beləliklə, Türkiyə vətəndaşları bu gün dəyişikliklərə “Evet” dedilər və 2019-cu ilin 3 noyabrında baş tutacaq prezident seçkilərinə R.T.Ərdoğan qatıla biləcək. Onun əvvəlki sistemdəki 7 illik prezidentlik müddəti buna mane olmayacaq.

Məhz bu fakta görə, Ərdoğanın dəyişikliklərdəki əsas məqsədinin yenidən seçkilərə qatılmaq və daha 10 il Türkiyəni idarə etmək olduğu iddia edilir.

Müxalifət kampaniya dövründə əsas ittiham kimi bu faktı önə sürdü, yeni gətiriləcək sistemin kifayət qədər səlahiyyətə malik tək adam idarəçiliyi olduğunu bildirirdi. AKP isə əksinə, ikili idarəçiliyin, koalisiyaların dövlətin idarə edilməsinə əngəl olduğunu, cumhurbaşqanlığı sistemində daha çevik qərarların alınması və dövlətin rahat idarə edilməsinin mümkün olacağını qeyd edirdi.

Kampaniya dönəmində baş nazir Binali Yıldırımın canfəşanlığı da diqqəti çəkdi. Gözlənilənlərin əksinə olaraq Yıldırım həddindən artıq aktiv şəkildə çalışdı, kifayət qədər “Evet” səslərinin artmasına xidmət etdi.

Bəs, MHP başqanı Baxçalı niyə referendumu dəstəklədi? Fikrimizcə, bunu iki səbəbi var:
Birincisi, ötən ilin 15 iyulunda Fətullah Gülənə bağlı hərbçilərin çevrilişə cəhd etməsi, tankların xalqı əzməsi, əsgərin xalqa atəş açması, parlamentin bombalanması, xalqın seçdiyi prezidentin öldürülməsinə cəhd. MHP fəlsəfəsinə görə, bu edilənlər əsla bağışlana bilməz, bir dövlətin məhv edilməsinə yönəlik addımı atanlar sərt şəkildə cəzalandırılmalıdırlar.

İkincisi, MHP və AKP dəstəkçilərinin, əslində, görüş etibarilə bir-birilərindən kəskin fərqlənməməsi nəticədə bir gün onları bir araya gətirəcəkdi. Hazırda FETÖ ilə mübarizə, PKK ilə savaş dövlətin unitarlığının qorunması məsələlərindəki ortaq düşüncə bu iki partiyanı bir araya gətirib. Baxçalının referenduma iki gün qala əyalət sistemi ilə bağlı sərt danışması da buna görədir.

MHP Türkiyənin daxil olduğu yeni yolun idarəçilərindən olmaq, bu yola FETÖ qruplaşmasının, HDP-nin daxil olmasının qarşısını almaq üçün fərqli taktika seçib.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə referendumda bülletenlərin 81%-i sayılıb-YENİLƏNİB (CANLI YAYIM)

    Türkiyədə referendumda bülletenlərin 81%-i ...

    16-04-2017, 20:19

  • 
  • Bu gün Türkiyədə referendum keçirilir

    Bu gün Türkiyədə referendum keçirilir ...

    16-04-2017, 11:11

  • 
  • Referendum: Saat 10:00-a seçicilərin 12,9%-i səs verib

    Referendum: Saat 10:00-a seçicilərin 12,9%-i səs ...

    26-09-2016, 12:34

  • 
  • Qırğızıstanda referendum başa çatıb, Konstitusiyaya düzəlişlər dəstəklənib

    Qırğızıstanda referendum başa çatıb, ...

    12-12-2016, 19:57

  • 
  • Bakıda 107 yaşlı seçici səs verdi - FOTO

    Bakıda 107 yaşlı seçici səs verdi - FOTO ...

    26-09-2016, 12:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu