Almaniyadakı xəstəxanalardan birində müalicə olunan İraq prezidenti Cəlal Tələbaninin vəziyyəti yaxşılaşır. “Anadolu” agentliyinin (AA) yaydığı məlumata görə, Tələbanini müalicə edən həkim Nəcməddin Kərim prezidentin müalicəyə müsbət reaksiya verdiyini deyib. Həkim həmçinin Tələbaninin yaxın günlərdə İraqa qayıda biləcəyini qeyd edib.
İraq prezident aparatı ictimaiyyətlə əlaqələr departamenti isə internetdə prezident Cəlal Tələbaninin həkimlərin əhatəsində çəkilmiş foto şəklini yayıb.
Xatırladaq ki, 2012-ci il dekabrın 17-də Bağdadda beyninə qan sızan Tələbani dekabrın 20-dən etibarən Almaniya “Charite” universitetinin tibb fakultəsində müalicə olunur.
Sorğu
Yeni dizaynımız necədir?