Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkünsüzdür. Hətta üzvlüklə bağlı razılaşma imzalansa belə, 27 ölkədən hər birinin bunu təsdiqləməsi lazımdır.
Bunu “BFM Biznes” kanalının "Dünya 7 gündə" proqramında qonaq olan Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasi elmlər üzrə mütəxəssisi Filip Moro Defarq deyib. Defarq bildirib ki, Türkiyədə referendumun nəticələrinə etiraz edilməsi üçün hüquqi yollar bağlanıb və etiraz aksiyaları da heç bir nəticə verməyəcək: “O zaman çarə ya vətəndaş müharibəsinə, ya da onun (Ərdoğanın) öldürülməsinə qalır”. Proqramda fransız politoloqun səsləndirdiyi fikirlər sosial şəbəkədə böyük reaksiyalara səbəb olub. Politoloq və "BFM Biznes" kanalını kəskin tənqid edənlər vurğulayıblar ki, efirdə cinayətə birbaşa çağırış əksini tapıb. Fransadakı türk diasporunun rəhbərliyi isə Teleradio Ali Şurasına şikayət ünvanlayıb. Bəzi vətəndaşlar artıq politoloqa qarşı məhkəmə iddiası hazırladıqlarını bildiriblər. Onlar təklif ediblər ki, "BFM Biznes" rəhbərliyi rəsmi şəkildə üzr istəsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?