Sən demə, Britaniya kəşfiyyatı Rusiyanın Suriyaya hərbi müdaxiləsini 60 il əvvəl xəbər veribmiş.
Avropa.info xəbər verir ki, bu haqda “Financial Times” qəzeti xüsusi təhlükəsizlik xidmətinin əlində olan sənədlərə istinadən yazır. Sənədlərdə deyilir ki, Qərbin Dəməşqdə hər hanası hakimiyyət dəyişikliyi cəhdinə SSRİ hərbi müdaxilə ilə cavaba verəcək.
Bu haqda hesabat Böyük Britaniya təhlükəsizlik qüvvələrinin milli arxivinin saytında dərc olunub. Hesabat 1957-ci ilin sentyabrında baş nazir Harold Makmillanın oxuması üçün dərc olunub.
Məxfi hesabatdan sitat: “Moskva Suriya rejiminin devrilməsini özünün Yaxın Şərq siyasətinin ciddi iflası sayacaq. Sovetlərin reaksiyası güclü və qətiyyətli olacaq”.
Hesabatada SSRİ-nin Suriya rejimini xilas etmək üçün aviasiya işlədə biləcəyi də göstərilir.
Qeyd edilir ki, hesabatla tanış olan baş nazir Makmillan onunla yalnız dar çərçivədə şəxslərə tanış olmağa icazə verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?