İranın ali dini rəhbəri prezident Həsən Ruhani hökumətini ABŞ "Qərb təsirli" təhsil sistemini təblig etdiyinə görə tənqid edib. Mühafizəkarlar təhsil planının İslami prinsiplərə zidd olduğunu deyir.
Ayətullah Əli Xameneyinin bu açıqlamaları mayın 19-da Həsən Ruhaninin yenidən prezident seçilmək üçün namizəd kimi qatıldığı prezident seçkilərindən öncəyə təsadüf edir.
"Bu ölkənin əsasını İslam və Quran təşkil edir. Burada qüsurlu, korrupsiyalaşmış və dağıdıcı Qərb tərzinə öz təsirini yaymaq üçün yer verilməyəcək", Xameneyi təhsil işçilərinin toplantısında bildirib.
Xameneyi BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı olan UNESCO-nun 2030-cu il Təhsil proqramına istinad edərək deyib: "Belə bir sənədin İslam Respublikasında qəbul edilməsi heç bir məntiqə sığışmır."
O, UNESCO-nun planının əleyhinə olması ilə bağlı detallara varmayıb, amma İranda mühafizəkar şərhçilər burada təhsildə gender bərabərliyinin təşviqinin İslama zidd olduğunu bildiriblər.
"Qüdrətli dövlətlərin təsiri altında olan beynəlxalq adlanan bir qurum fərqli tarixə, mədəniyyətə və sivilizasiyalara malik ölkələrin vəzifələrini təyin etməyi özünə necə rəva görə bilər?", deyə Xameneyi sual edib.
Ayətullah Xameneyi bundan əvvəl bir neçə dəfə Qərbin İslam Respublikasını devirmək üçün "yumşaq müharibə" apardığı haqda xəbərdarlıq edib.
İranda siyasi kursla bağlı həlledici sözə malik olan Xameneyinin son həftələr dəfələrlə özünü Ruhanidən uzaqlaşdırdığı müşahidə edilir.
Lakin bununla belə, ali dini rəhbər Ruhaninin sərt xətt tərəfdarı rəqiblərinə də dəstək göstərməyib. Onların arasında nüfzlu din xadimi Ebrhim Rəisi və Tehranın meri Məhəmməd Bager Qalibaf da var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?