İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 4-də jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin sentyabrın 17-si üçün nəzərdə tutulmuş Nyu-York səfərindən danışıb.
“Media forum” saytının məlumatına görə, Zərif deyib ki, Ruhani BMT Baş Assambleyasının növbəti iclasına qatılmaq üçün Nyu-York səfərində iki çıxış edəcək: “Prezidentin Nyu-Yorka səfəri artıq qətiləşib. Onun orada iki çıxışı olacaq. Biri BMT Baş Assambleyasının növbəti iclasında, digəri isə Qoşulmayanlar Hərəkatının dönəm sədri kimi nüvə silahlarının yayılmasının qarşısının alınması xüsusunda. Ruhaninin Nyu-Yorkda yaşayan iranlılar, o sıradan da ziyalılarla görüşü nəzərdə tutulub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?