Cümə günü baş vermiş kiber hücumun 150 ölkədə 200 min nəfəri təsirləndirib, Europol-un rəhbəri Rob Wainwright bildirib. BBC-ə verdiyi müsahibədə, cənab Wainwright hücumun "indiyədək görünməyən geniş miqyasda" olduğunu və bazar ertəsi səhəri daha çox insanların hücuma məruz qalacağı ehtimalının olduğunu deyib. Kiberhücumda istifadə edilən virus istifadəçilərin fayllarını nəzarətinə alaraq onlardan pul tələb edir. Rusiya və Britaniya hücuma ən çox məruz qalan ölkələrin sırasındadır. Ekspertlər yeni hücum təhlükəsinin olduğunu vurğulayaraq hər kəsi kompüter təhlükəsizlik sistemlərini yeniləməyə çağırıblar. Cənab Wainwright pul tələb edən proqramın daxili şəbəkələrlə yayılan digər proqram daşındığını və bu səbəbdən "bir kompyuterin virusa yoluxması şəbəkələrlə tez yayıldığını" deyib.
"Bu səbəbdən bu rəqəmlərin hər dəfə artdığını görürük", o, əlavə edib.
Yoluxmanın sürətini azaldan müvəqqəti həllin buraxılmasına baxmayaraq, hücumu yerinə yetirənlər artıq virusun yeni növünu buraxıblar, cənab Wainwright deyib. Lakin, o, hücum edənlərin virusa yoluxan şəxslərdən gözlədiklərindən az pul əldə etdiklərini deyib. Hücumla əlaqədər bank hesablarının BBC tərəfindən analizinə əsasən, kiberhücumun arxasında olan şəxslərə indiyədək təxminən 25,800 dollar ödəndiyi ehtimal olunur. Kiberhücum tərəfindən təsirlənən qurumlar arasında Birləşmiş Krallığın səhiyyə sistemi, Almaniyanın dəmir yolu şəbəkəsi, İspaniyanın mobil şəbəkə operatoru Telefonica, ABŞ-ın FedEx loqistika şirkəti və Rusiyanın daxili işlər nazirliyi də var. Europol rəhbəri qurumun ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ilə birlikdə hücumu araşdırdığını və onun arxasında tək bir şəxsin olmadığı ehtimalını ifadə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?