Əfqanıstanın 9 vilayətində sutka ərzində keçirilmiş hərbi əməliyyatların gedişində 73 silahlı zərərsizləşdirilib.
Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatı Gülmənd, Qəndahar, Qunduz, Badahşan, Uruzxan, Badris, Bağlan, Balh və Samanqan vilayətlərində keçirilib. Bundan əlavə, DİN-in məlumatına görə, Balh vilayətində zərərsizləşdirilmiş islamçıların arasında “Taliban” radikal hərəkatının səhra komandirlərindən olan Mulla Anamulla da var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?