ABŞ prezidenti Donald Tramp-ın bazar günü edəcəyi çıxışda İslamda ekstremizmlə mübarizənin zəruriliyini vurğulayacağı gözlənilir. O, bu barədə Səudiyyə Ərəbistanına səfərinin ikinci günündə regional liderlərin dəvət edildiyi sammitdə danışacaq. Onun nitqinin ABŞ-ın özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı mübarizəsində dəstək tapmaq üçün əməkdaşlıq tərzdə olacağı deyilir. Şənbə günü ABŞ Səudiyyə Ərəbistanı ilə 350 milyard dollarlıq ticarət sazişi imzalayıb. Bura ABŞ tarixində ən uzun hərbi əməkdaşlıq da aiddir. Dövlət Katibi Rex Tillerson vaxtilə bu saziş barədə bildirib ki, o, Səudiyyə Ərəbistanının regional rəqibi olan İranın "düşmən" təsirinin qarşısının alınması məqsədi daşıyır. Səudiyyə Ərəbistanından sonra İsrail, Fələstin, Brüssel, Vatikan və Siciliyaya gedəcək cənab Trump, prezidentlik vəzifəsinə başladıqdan bəri ilk rəsmi səfərini edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?