Özünü İslam Dövləti adlandıran qruplaşmaya (İD) qarşı koalisiyanın amerikalı nümayəndəsi polkovnik Ryan Dillon deyib ki, ABŞ Suriyada kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı - Xalq Müdafiə Birliklərinə (YPG) veriləcək silahlar barədə məlumatı Türkiyə tərəfinə təqdim edəcək. "Hansı növ (silah) verməyimiz məsələsində Türkiyəyə şəffaf davranırıq... SDG-ə (Suriya Demoktratik qüvvələr) verdiyimiz silahların hamısının qeydiyyatını aparırıq".
May ayının əvvəlində ABŞ prezidenti Donald Trump Raqqanın İD-dən geri alınması üzrə əməliyyatda YPG-ə silah veriləcəyini təsdiqləmişdi.
Silahların çatdırılması bu həftə başlanıb. YPG-ə, o cümlədən iriçaplı silahlar, zirehli nəqliyyat vasitələri və buldozerlərin veriləcəyi qeyd edilir. Türkiyə kürdlərə silah vermək qərarına qəti etirazını bildirirək bu "dəstək siyasətinin dostluq və müttəfiqliklə" uzlaşmadığını deyir. Türkiyə YPG qrupunu terrorçu təşkilat tanıdığı PKK-nın qanadı hesab edir. Polkovnik Dillon, kürdlərə veriləcək silahların nömrələrini qeydiyyat bazasına daxil edəcəyini bildirib. Sıralarında ərəb döyüşçüləri də olan SDG qüvvələrinin əksəriyyətini YPG dəstələri təşkil edir. ABŞ, SGD-ə həm havadan həm də ki, xüsusi qüvvələr vasitəsilə qurudan dəstək göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?