Türk Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsinə dair bağlanan müqavilənin detalları məlum olub.
gundemxeber.az avropa.info-ya istinadən xəbər verir ki, müqavilənin təfərrüatları bu şəkildədir:
Müqavilənin şərtlərinə görə, Qətərdə yaradılacaq baza üçün Türkiyə heç bir xərc çəkməyəcək. Bütün xərcləri Qətər öz üzərinə götürəcək. Qətərin ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir zamanda türk əsgəri Qətəri qoruyacaq legioner rolunu oynayacaq.
Müqavilənin digər bir vacib tərəfi isə türk əsgərinin xidmət müddətində ortaya çıxacaq hüquqi anlaşmazlıqlar barədədir. Hər hansı insident baş verərsə, məhkəməyə getmək imkanı yoxdur. Müqavilənin 16-cı maddəsinə görə, insidentləri həll edəcək tərəf iki ölkənin yerli məhkəmələri yaxud beynəlxalq məhkəmələr deyil, iki ölkə hökumətləri olacaq.
Müqavilənin digər bir vacib xüsusiyyəti isə Türkiyənin nə üçün Yaxın Şərqdə baza tikməsi ilə bağlı Qətəri seçməsi məsələsində hər hansı məlumatı göstərməməsidir. Müqavilənin TBMM-də müzakirəsi zamanı CHP-də olan deputatların bu suallarına səfir Ümit Yardım cavab verib. Ümit Yardım deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Qətər bütün gücü ilə Türkiyə hökumətinin yanında olub. Qətərlə Türkiyə arasında həri sahədə müqavilələr olsa da, rəsmi Ankaranın Körfəz ölkələri ilə Doha arasında yaşanan böhrandan sonra, dərhal bu ölkəyə ordu göndərməsi diqqətdən qaçmayıb. Siyasi ekspertlər hesab edir ki, Türkiyənin Qətərə hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarı, Dohada baş verə biləcək hər hansısa dövlət çevrilişi cəhdinin qarşısını almaq məqsədi güdür. Eyni zamanda türk əsgərlərinin xarici müdaxilə olacağı təqdirdə də prosesə müdaxilə edəcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?