ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun yeni çap olunan “Çətin Qərarlar” kitabında Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair bir sıra qeydlər yer alıb. Xanım Klinton kitabında Türkiyə-Ermənistan protokollarının imzalanmasında əsas təşkilatçı olduğunu etiraf edib: “Türkiyənin qonşularla sıfır problem siyasəti ABŞ-ın türk-erməni sərhədlərinin açılması və diplomatik münasibətlərin bərpa olunması üçün pəncərə rolu oynayırdı. Amma hər iki ölkədə sərt siyasi xətt tərəfdarları kompromislərə qarşı çıxır və öz hökumətlərinə təzyiq göstərirdilər”. Daha sonra Klinton “erməni soyqırımı” məsələsini tərəflər arasındakı “emosional konflikt” adlandırır. O zamanlar ABŞ dövlət katibi olan Klinton 2009-cu il oktyabrın 10-da imzalanan “Sürix protokolları” ilə bağlı bir ısra təfərrüatları qeyd edib: “Oktyabrın 10-da Sürix universitetində tərəflərin diplomatik münasibətləri nizamlamasına dair müqavilənin imzalanması gözlənilirdi. Lakin bu zaman problem yarandı. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan narahat idi. O, müqavilənin imzalanması zamanı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun deyə biləcəyi sözlərdən narahat olaraq mehmanxananı tərk etməkdən imtina etdi”. “Çətin Qərarlar” kitabında qeyd edir ki, Ermənistan baş naziri ilə bir neçə saatlıq danışıqlar apardıqdan sonra onu öz maşınında müqavilənin imzalanacağı məkana gətirib. Onun sözlərinə görə, sonda nə Türkiyə tərəfinin, nə də Ermnənistan tərəfinin çıxış etməyəcəyi ilə bağlı razılıq əldə olunub: “Biz müqavilənin imzalanma mərasiminə 3 saat gecikdik. Lakin tezliklə müqaviləni imzaladıq və rahatlıq əldə etdik”. Protokolları”nın hələ də ratifikasiya olunmamasından şikayət edən Klinton “Qafqazdakı konfliktlərin Rusiyadan enerji asılılığını qurtarmağa çalışan Avropa bazarı üçün Mərkəzi Asiya qazının çatdırılmasını çətinləşdirir”, - deyə sərhədlərin açılmasında ABŞ-ın enerji maraqlarının əsas olduğuna ehyam vurub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?